DAŞINI ATMAQ
DAVA AXTARMAQ
OBASTAN VİKİ
Dilə (Astara, İran)
Dilə (fars. ديله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (12 ailə).
Qiymətli daşlar
Qiymətli daşlar — təbiətdə nadir tapılan, gözəl xarici görünüşə malik minerallar. Qiymətli daşlar ta qədimdən insanları cəlb etmiş, bu daşlara maraqlı xüsusiyyətlər uydurulmuş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Məsələn, sapfirin ilanı öldürməsinə, heliotropun insanı gözə görünməz etməsinə, ametisti dilin altına qoyanda sərxoşluqdan qoruduğuna inanmışlar. Qədim Roma yazıçı və alimi Böyük Pliniy (bizim eranın 23–79-cu illər) özünün " Təbiətin tarixi" əsərində əqiq haqqında yazırdı ki, bəzən aqatda Apollon və doqquz muzanı görmək mümkündür, həm də onları "süni yolla ayırmaqla yox, təbiət elə rəng vermişdir ki, hər muzanın öz xüsusiyyətlərini təbii olaraq ayrılıqda görmək olar". Orta Asiya alimi Biruni (973 −1050-ci illər) yazırdı: " Əgər ilanın qarşısında zümrüdü saxlasan, onun gözündən yaş axacaq, və o kor olacaqdır. Bu faktı çoxları təcrübələrinə görə təsdiq edir…". Daşlar haqqında qədim kitablarda –"lapidariya"larda insanların ilkin məlumatları çox primitiv olmuş, inanca əsaslanmışdır. Bütün bunlara baxmayaraq, elə orada bəzi elmi fikirlərin cücərtilərini görmək olar. Misal üçün, almazı dayanıqlığın və cəsarətin, qorxmazlığın, bədbəxtliyə üstün gəlməyin simvolu kimi görürdülər. İndi bir çox insanlara məlumdur ki, almaz ən bərk metalları belə aşılaya bilir.
Sürüşən daşlar
Sürüşən daşlar, həmçinin yelkənli daşlar, yeriyən daşlar, yuvarlanan daşlar adı ilə də bilinən bu hadisə daşların heçbir insan və ya heyvan müdaxiləsi olmadan yumuşaq torpağın üzəri ilə sürüşməsi kimi qeydə alınmış hadisədir.Qaya hərəkətləri ən müxtəlif yerlərdə qeydə alınsa da bunlar içindən ən çox nəzərə çarpanı (hərəkət məsafəsinə görə) Kaliforniyanın Ölüm Dərəsi Milli Parkındakı sürüşmələrdir. == Əfsanələr == Yerli xalq arasında bəzən bu yer lənətli yer kimi də sayılırdı. Bəzi əfsanələrə görə isə hətta bu daşların şəkil dəyiştirə bilən məxluqlar olduğu və ya yad planetlilər tərəfindən kosmosdan buraya yerləştirildiyi deyilirdi. == Təsfiri == Qayaların yerləştiyi ərazi köhnə bir göl yatağıdır və bu qayalar bəzən 200 metrə qədər hərələt edə bilir. İlk əvvəllər qayaların küləyin gücü ilə hərəkətə gəldiyi iddiası irəli sürülsə də sonralar 350 kiloqrama qədər çatan bu qayaların torpağın da quru və çat olmasına görə bu cür hərəkət edə bilməsi iddiası yalanlandı.İçin ən maraqlı yanı isə o idi ki, bu qayaların indiyə kimi hərəkət etdiklərini hələ heç kəs görməmişdi. Qayalar bir gecənin içində yerlərini dəyişərək səhər torpaqda iz salırdılar. Bu izlər əksərən düz olsa da bəzən ixtiyari formada ola bilərdi. == Qayaların sirri == Hərəkət edən bu qayalar haqqında ilk araşdırmalar 1915-ci ildən başladı.2013-cü ildə GPS üzərindən daha dəqiq elmi araşdırmalar ilə qayaların sirri ortaya çıxdı. Belə ki, elmi araşdırmalara görə Ölüm vadisində gecələr tempratur çox soyuq olduğundan bu göl yatağında suyun donmasına səbəb olur. Qayaların daha intensiv hərəkəridekabr ayının 20-si yanvar ayında müşahidə edildi.Belə ki, 60-a yaxın qayanın hərəkəti aşkarlandı və hətta bəzisinin 224m hərəkət etdiyi üzə çıxdı.Bu hadisənin Dekabrda daha intensiv baş verməsinin səbəbi sirrin suyun donması ilə əlaqədar olmasında olduğunu göstərdi.
Gəldi Kosa (1988)
== Məzmun == Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. == Film haqqında == Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Daşlar Danışanda (1976)
== Məzmun == Bu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
Rəngli daşlar (roman)
Ağlım başıma gəldi (mahnı)
Dünən qəfildən gəldi... (2009)
== Məzmun == Filmdə yaşı 40-ı haqlamış, lakin həyatda özünə yer tapa bilməmiş iki nəfər təsadüfən görüşür. Lakin başqa bir təsadüf onları həmişəlik ayırır.
Gəldi kosa (film, 1988)
== Məzmun == Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. == Film haqqında == Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Hörümçək gəldi (film, 2001)
Hörümçək gəldi (ing. Along Came a Spider) — 2001-ci ildə rejissor Li Tamahori tərəfindən çəkilmiş Amerika trilleridir. Baş rolu Morqan Friman ifa edir. Ceyms Pattersonun eyniadlı romanının pulsuz film tətbiqi və “Qızları öp” filminin davamıdır.
Və dağlardan səda gəldi
Və dağlardan səda gəldi (ing. And the Mountains Echoed) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2013-cü ildə çapdan çıxmış üçüncü romanı. == Süjet == Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır. Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər. Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Daşlar danışanda (film, 1976)
== Məzmun == Bu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
Qara daşlar (film, 1956)
"Qara daşlar" — rejissor Ağarza Quliyevin filmi. == Məzmun == Kinopovestdə neft uğrunda aparılan qəhrəmanlıq mübarizəsindən, qabaqcıl neftçilərin irəli sürdükləri cürətli təşəbbüslərin həyata keçirilməsinə mane olan mühafizəkarlarla yenilikçilərin toqquşmasından, gənclərimizin əmək fədakarlığından bəhs edilir. Film neft kəşfiyyatçılarının dənizdə qazma işləri apardıqları zaman baş verən dramatik hadisələrdən bəhs edir. == Film haqqında == Film quruluşçu rəssam Kamil Nəcəfzadənin kinoda ilk işidir. Film aktyor Həsənağa Turabovun kinoda ilk işidir. Film yazıçı Mehdi Hüseynin eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Mehdi Hüseyn Quruluşçu rejissor: Ağarza Quliyev Quruluşçu operator: Xan Babayev, Əsgər İsmayılov Quruluşçu rəssam: Kamil Nəcəfzadə, Elbəy Rzaquliyev Rejissor: Şamil Mahmudbəyov Bəstəkar: Rauf Hacıyev Mahnıların mətni: Ənvər Əlibəyli Səs operatoru: Ağahüseyn Kərimov Filmin direktoru: Teymur Hüseynov Çalır: Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Çingiz Hacıbəyov Operator: Əlihüseyn Hüseynov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Mahnı ifa edən: Mobil Əhmədov (titrlərdə yoxdur) === Rollarda === İsmayıl Əfəndiyev — Şeyda İmanov Ələsgər Ələkbərov — Qüdrət İsmayılzadə Adil İsgəndərov — Xəlilov İsmayıl Dağıstanlı — Aslanov Ramiz Əliyev—Tahir Nəzakət Hüseynova — Lətifə Əli Qurbanov — usta Ramazan Boris Çinkin — Koşkin Mustafa Mərdanov — Dəmirov Möhsün Sənani — usta Qurban Ələkbər Hüseynzadə — Ağanemət Sergey Yakuşev — neft kəşfiyyatçısı Sofa Bəsirzadə — Lalə F.Mustafayev — Teymur Əzizə Məmmədova — Nisə xala Vladimir İvanov Tələt Rəhmanov — mühəndis Məcid Şamxalov — həkim R.Həşimzadə Məmmədrza Şeyxzamanov Ə.Rəsulov Əliağa Ağayev — mühəndis Əliheydər Həsənzadə — mühəndis Həsənağa Turabov — rabitəçi Hüseyn === Filmi səsləndirənlər === Əli Zeynalov — Tahir (R.Əliyev) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Lətifə (Nəzakət Hüseynova) (titrlərdə yoxdur) Sadıq Hüseynov — mühəndis (titrlərdə yoxdur) Həsənağa Salayev — rus mühəndis (titrlərdə yoxdur) Yusif Vəliyev — rus neftçi (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Teymur (F.Mustafayev) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Dünən qəfildən gəldi (film, 2009)
== Məzmun == Filmdə yaşı 40-ı haqlamış, lakin həyatda özünə yer tapa bilməmiş iki nəfər təsadüfən görüşür. Lakin başqa bir təsadüf onları həmişəlik ayırır.
Məhəmməd bin Mənşur. Qiymətli daşlar haqqında (Cəvahirnamə)
Cəvahirnamə — Məhəmməd ibn Mənşur tərəfindən yazılmış və adından da göründüyü kimi qiymətli daşlardan bəhs edən bu əsər Uzun Həsən və onun oğlu Sultan Xəlilə həsr olunmuşdur. Əsər iki fəsildən ibarətdir. Əsər sultanın mədh olunmasıyla başlayır. Əsərin 1-ci hissəsi 20 babdan, ikinci hissəsi yeddi babdan ibarətdir. Həmin bablarda qiymətli metal və daşlar haqqında məlumat verilir. Əsər hicri-şəmsi tarixi ilə 1335-ci ildə İranda çap olunmuşdur. Əlyazma nüsxəsi şərq istehsalı olan qəhvəyi rəngli nazik kağıza yazılmışdır. Əsərin xətti nəsxdir. Başlıq və yarımbaşlıqlar qırmızı mürəkkəblə işarələnmişdir. Əsərin 1b vərəqində bir dənə kvadrat şəklində möhür basılmışdır.